AZERBAYCAN XALQININ ÜMUMMİLLİ LIDERİ HEYDER ELİYEV

AZERBAYCAN XALQININ ÜMUMMİLLİ LIDERİ HEYDER ELİYEV

4-ci-sehive-shekil.jpg  İyirminci yüzilliyin üçde biri qeder ölkemizi idare eden HEYDER ELİYEV qısa zaman kesiyinde Azerbaycanın gelecek inkişafının strategiyasını müeyyen etdi ve onun heyata keçirilmesinin taktiki yollarını istiqametlendirdi. Böyük müdriklik, yüksek peşekarlıq, beynelxalq diplomatiyanın en ince sirlerini bilmek ve ondan çıxış yollarını araşdırmaq bacarığı meydana çıxan problemlerin çevik ve diplomatik hell etmek mehareti, böyük dövleti v xalqı edealetle idare etmek seriştesi, böyük heyat tecübesi olan HEYDER ELİYEVİN zengin bioqrafiyası ve onun neheng ideya-nezeri irsi Azerbaycan xalqı üçün, genc nesil üçün bir örnek ve nümunevi heyat mektebidir. «Ömrümün qalan hissesini xalqıma hesr edeceyem» deyen HEYDER ELİYEV Azerbaycanın dövlet müsteqillyinin qorunmasında ve möhkmlendirilmesind titanik fealiyyet göstermiş ve fundamental uğurlara nail olmuşdur.

HEYDƏR ƏLİYEV XX əsr bəşər tarixinin parlaq şəxsiyyəti, dünyanın tanınmış uzaqgörən diplomatı və siyasi lideri, görkəmli ictimai-siyasi və dövlət xadimi, Ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi böyük möcüzəni, gənc nəsil üçün nümunə məktəbidir.

HEYDƏR ƏLİYEV özünün nəhəng fəaliyyəti ilə və böyük bir iftixar hissi ilə tarix yaratmış, dünya tarixinin və Azərbaycan tarixinin qızğın səhifəsinə daxil olmuşdur. 1957-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini əla qiymətlərlə, fəxri diplomla bitirən HEYDƏR ƏLİYEV Azərbaycanda rəhbər işlədiyi bütün zamanlarda elmin, mədəniyyətin, maarifin, ədəbiyyatın və incəsənətin inkişafına daim diqqət verimş və heç bir zaman qayğısını əsirgəməmişdir. Hələ 1969-1982-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyərkən Bakı Dövlət Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yüksək səviyyəli kadrlarla təmin edilməsi, elmi-intellektual potensialının yüksəldilməsinə böyük kömək göstərmişdir. Bakı Dövlət Universitetinin hazırkı 1 saylı və 2 saylı doqquzmərtəbəli tədris korpusları, Universitetin tələbə şəhərciyi, onun 4 beşmərtəbəli yataqxanası, xarici tələbələr üçün 1 beşmərtəbəli bina, böyük kitabxana HEYDƏR ƏLİYEVİN göstərişi və xeyir-duası ilə tikilmişdir.

HEYDƏR ƏLİYEV 1969-cu ilin noyabrında Bakı Dövlət Universitetinin (o zaman Azərbaycan Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış etmişdi. HEYDƏR ƏLİYEVİN Azərbaycan dilində çıxış etməsi respublikada geniş əks-səda yaratmışdı. Onun bu çıxışı Bakı Dövlət Universitetinin bütün kollektivini vəcdə gətirmiş, hamının hədsiz sevincinə səbəb olmuşdu. HEYDƏR ƏLİYEV öz çıxışında Azərbaycanda elmin və təhsilin inkişaf etdirilməsində Bakı Dövlət Universitetinin fəaliyyətinə yüksək qiymət vermiş, Universitetin bir çox işçisi fəxri adlara, dövlət və hökumət mükafatlarına layiq görülmüşdü.

HEYDƏR ƏLİYEV 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyində Böyük nitq ilə çıxış etmişdi. HEYDƏR ƏLİYEV çıxışında Bakı Dövlət Universitetinin 75 ildə qazandığı nailiyyətləri, respublikanın ictimai, siyasi və mədəni həyatında oynadığı rolu, respublika ali məktəblərinin mərkəzi və bayraqdarı olmasını, ali təhsilin təkmilləşdirilməsindəki rolu və xidmətlərini yüksək qiymətləndirmiş və ümidvar olduğunu bildirmişdi ki, Bakı Dövlət Universiteti bundan sonra da Azərbaycanın elm, təhsil və mədəni mərkəzlərinin mərkəzi qərargahı olacaq təhsilin formalaşmasında, mülki və dünyəvi biliklərin tədrisində dünyanın qabaqcıl Universitetlərindən biri olacaqdır.

HEYDƏR ƏLİYEV Bakı Dövlət Universitetinin fəxridir. Bu gün Bakı Dövlət Universiteti özünün məzunu olan HEYDƏR ƏLİYEVLƏ fəxr edir, eyni zamanda HEYDƏR ƏLİYEV demişdir: «Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam» İki doğma qardaş, iki əkiz qardaş: HEYDƏR ƏLİYEV və Bakı Dövlət Universiteti. Bir-birini tamamlayan iki dünyəvi varlıq, iki milli varlıq və iki müqəddəs varlıq. Nə gözəl deyilmişdir bu iki söz: ADINI TARİXƏ YAZANLAR, ADI İLƏ TARİX YAZANLAR!

About these ads
Published in: on Mart 20, 2008 at 2:56 pm  Şərh yaz  

The URI to TrackBack this entry is: http://sosiobdu.wordpress.com/2008/03/20/umummilliliderheydereliyev/trackback/

Bu yazıya edilən şəhlər üçün RSS qidalandırıcıları.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: